Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb

İran raket və pilotsuz uçuş aparatlarının istehsalını yeraltı komplekslərə köçürüb və “raket istehsalı üçün yeraltı şəhər” yaradıb.

Yenixeberorg.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, SEPAH-ın Aerokosmik Qüvvələri raket və dron istehsalını qısa müddətdə yeraltı obyektlərə köçürə bilib.

“Bu gün İranın geniş və müxtəlif coğrafiyası barədə öz biliklərimizə və qeyd etdiyim çevik imkanlara əsaslanaraq, düşmənin silah istehsalımıza və modernləşdirmə işlərimizə bir an belə mane olmasına heç vaxt imkan verməyəcəyik”, – Möhibi bildirib.

O qeyd edib ki, yeraltı istehsal infrastrukturu hərbi əməliyyatlar və hava hücumları zamanı da raket və pilotsuz uçuş aparatlarının istehsalını davam etdirməyə imkan verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam