Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Əl-Colani: Suriya ikinci Əfqanıstan olmayacaq

 

Suriya Əfqanıstana bənzəməyəcək.

Yenixeber.org xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.

“Suriya Əfqanıstan deyil və olmayacaq”, – Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.

Əş-Şəraa hesab edir ki, bu iki ölkə “çox fərqlidir və fərqli ənənələrə malikdir”. O qeyd edib ki, “Suriya sakinləri fərqli mentalitetə malikdirlər”. Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam