Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir —FOTOLAR

Azərbaycan Hava Yolları” (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı qəza yerində Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin istintaq qrupu araşdırma işləri aparır. Qəza rayonda fəaliyyət göstərən güc strukturlarının nümayəndələri hadisə yerində istintaqa lazım olan dəlillərin mövcud olduğunu bildiriblər. Qazaxıstan rəsmi nümayəndələri azərbaycanlı həmkarları ilə koordinasiyalı formada araşdırma işlərini aparırlar. İstintaq qrupu hadisəni bütün versiyalara görə araşdırırlar. “Azərbaycan Hava Yolları”nın (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer 190” təyyarəsinin qəzaya uğradığı yerdə 97 texnika və 482 nəfər xilasedici işləyir.
Yenixeber.org: Bunu açıqlamasında Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Dinara Nurqaliyeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan, Qazaxıstan və Rusiya arasında onlayn formada informasiya mübadiləsi aparılır: "Qazaxıstanın fövqəladə hallar naziri hadisə yerindədir. Baş verən qəza ilə bağlı aparılan istintaq işinin nəticəsinə görə yekun məlumat veriləcək".
Dinara Nurqaliyeva qeyd edib ki, hazırda xəstəxanada 29 yaralı var, onlardan ikisi uşaqdır.
Qeyd edək ki, hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edili


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam