Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Tiflisdə “Sona qədər” -Genişmiqyaslı mitinq keçiriləcək

Etirazların başlamasından 100 gün keçdi: ““Biz bir daha işğal rejiminin getməsini tələb edəcəyik”

Yenixeber.org: Bu gün Tiflisdə etirazların başlanmasının 100-cü günü münasibəti ilə “Sona qədər” adlı genişmiqyaslı mitinq keçiriləcək.

Gürcü mediası bildirir ki, kütləvi etirazların 100-cü günündə Gürcüstan vətəndaşları Rustaveli prospektinə toplaşacaq.

“Biz bir daha işğal rejiminin getməsini tələb edəcəyik və hamıya göstərəcəyik ki, biz hakimiyyətin qəsb edilməsinə, diktaturanın qurulmasına dözməyəcəyik! Biz sona qədər mübarizə aparacağıq və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyik!”, - təşkilatçılar bəyanatında qeyd ediblər.

Mitinq saat 20:00-da başlayacaq. Mitinqin “Facebook”dakı “event”ində 1600-dən çox insan iştirakını təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam