Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Tofiq Yaqubluyla bağlı məhkəmə QƏRAR VERDİ

Tofiq Yaqublu məhkəmə zalında (Mənbə: Sosial şəbəkə)

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun məhkəmə araşdırması başa çatıb.

Yenixeber.org: Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Elnur Nuriyevin sədrlik etdiyi hakimlər tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə külli miqdarda dələduzluq etmə və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb.

Hökmə əsasən Tofiq Yaqublu 9 il, Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabrında polis tərəfindən aparılan istintaq çərçivəsində həbs ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam