Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Paşinyan türkiyəli jurnalistlər üçün pul ayırdı:İrəvana gəldilər

Paşinyan türkiyəli jurnalistlərə ilk dəfə müsahibə verdi - Video

“Türkiyədən olan media nümayəndələri Ermənistan tərəfinin təşəbbüsü və dövlət büdcəsindən ayrılan vəsait hesabına Baş nazir Nikol Paşinyandan müsahibə almaq üçün İrəvana gəliblər”. 

Yenixeber.org: Bu açıqlama ilə Ermənistan Respublikasının Baş nazir aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzinin direktoru Qor Tsarukyan çıxış edib.

O, təxminən 10 media orqanından jurnalistlərin Ermənistana səfər etdiyini bildirib:

“Məqsəd Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair mövqeyini mümkün qədər birbaşa və ətraflı şəkildə daha geniş türk ictimaiyyətinə təqdim etməkdir. Bunun üçün İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzi təşəbbüslə çıxış edib. Biz ən nüfuzlu KİV-ləri tapmağa çalışdıq, redaksiyalarla əlaqə saxladıq, onlar da müvafiq jurnalistləri göndərdilər. Media nümayəndələri səfər çərçivəsində baş nazir, bir sıra digər rəsmi şəxslər, eləcə də ekspert icmasının nümayəndələri ilə müsahibələr edib və müzakirələr aparıblar. Daha çox iqtidaryönümlü və müxalifət mediası dəvət olunub.

Bizim dəvətimizlə gəliblər, üç gün qalacaqlar və sabah ölkələrinə qayıdacaqlar”.

Qeyd edək ki, ötən gün Nikol Paşinyanın Türkiyə mətbuatına müsahibə verdiyi açıqlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam