Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İstanbul Böyük Bələdiyyəsində əməliyyat:83 nəfər saxlanıldı, 10 nəfər axtarışdadır

istanbul hebs

İstanbul Böyük Bələdiyyəsində (İBB) korrupsiya halları ilə bağlı başlanılan cinayət işi çərçivəsində 100 nəfər cinayət məsuliyyətinə cəlb edilsə də, indiyə qədər 83 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Yenixeber.org: Məlumata görə, korrupsiya istintaqı çərçivəsində İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla 83 şübhəlinin saxlanıldığı, 10 şübhəlinin axtarışa verildiyi, 7 nəfərin isə xaricdə olduğu müəyyən edilib.

Digər tərəfdən, İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK/KCK-ya yardım etdiyinə görə başlatdığı istintaqda İmamoğlu da daxil olmaqla 7 şübhəlidən 4-nün saxlandığı, 3 şübhəlinin isə axtarışda olduğu bildirilib.

Araşdırmalar zamanı bələdiyyədən 60-dan çox tenderdə qalib gələn Murat Onguna yaxın adlardan biri olan Emrah Bağdatlının martın 5-də ABŞ-yə getdiyi müəyyən edilib. İBB sədri Əkrəm İmamoğluna ev satışı ilə gündəmə gələn iş adamı Əli Nuhoğlu evində saxlanılıb.

Bu şəxslərin evlərində aparılan axtarışlar zamanı gizli seyflərdə on milyonlarla lirə və xarici valyuta ələ keçirilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam