Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bu gün görüşəcəklər -nələr müzakirə ediləcək?

Martın 23-də Ər-Riyadda Ukrayna, Rusiya və ABŞ arasında baş tutacaq danışıqların mövzusu Qara dənizdə atəşkəs və taxıl tədarükü olacaq.

Yenixeber.org: Bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna və Rusiya heyətinin Səudiyyə Ərəbistanındakı nümayəndələri üzbəüz görüşməyəcək:

"Bu, Ağ Evin tərəflərin indi sülhə həmişəkindən daha yaxın olduğuna dair təminatlarına baxmayaraq, döyüşən tərəfləri ayıran uçurumu göstərir. Danışıq aparan şəxslər ayrı-ayrı otaqlarda olacaq və mesajları vasitəçilər ötürəcək".

Bildirilib ki, Ər-Riyaddakı Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun yüksək vəzifəli müşaviri Sergey Beseda başçılıq edəcək:

"Ukraynanı müdafiə naziri Rüstəm Umerov və Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa təmsil edəcək.

Amerika tərəfini Dövlət katibi Marko Rubionun siyasətin planlaşdırılması üzrə müavini Maykl Anton, həmçinin Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun ofisinin nümayəndələri təmsil edəcəklər".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam