Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

PUTİN ERMƏNİSTANA YENİ “KURATOR” TƏYİN ETDİ –“Paşinyan yenə qalib gələcək...”

Rusiya Prezident Administrasiyası (PA) rəhbərinin birinci müavini Sergey Kiriyenko və onun tabeliyində olan departamentlərin əməkdaşları Ermənistan mövzusu üzərində işləməyə başlayıblar. Bu funksiya, yəni, Ermənistanın kuratorluğu administrasiya rəhbərinin digər müavini Dmitri Kozakdan alınaraq Kiriyenkoya verilib.

Yenixeber.org: Bu barədə “Vedomosti” nəşrində dərc edilən yazıda deyilir.

Əvvəllər Kiriyenko və onun əməkdaşları Abxaziya, Cənubi Osetiya, Moldova (eləcə də Dnestryanı) ilə bağlı məsələlərə cavabdeh idilər. İndi isə bu sıraya Ermənistan da əlavə edilib.

“Vedomosti” mənbələrindən biri qeyd edir ki, Ermənistanla bağlı indiki mərhələdə seçki deyil, informasiya xarakterli iş aparılacaq: “Ermənistan rəhbərliyi getdikcə daha çox Qərbə doğru sürüklənir, bu, Rusiya dövlət siyasəti nöqteyi-nəzərindən qəbuledilməzdir”.

“Vedomosti” qeyd edir ki, Ermənistanda 2026-cı ildə seçki keçiriləcəyi nəzərə alınaraq, hazırda informasiya gündəmi ilə bağlı iş aparılır: “Seçki yaxınlaşdıqca qarşıya yeni vəzifələr qoyulacaq. Kiriyenko Ermənistanda Rusiyanın maraqlarını təmin etmək üçün yumşaq gücdən istifadə etmək vəzifəsi ilə üzləşəcək. Onlar Abxaziyadakı son seçkilərdə necə işlədilərsə, təxminən eyni şəkildə işləyəcəklər”.

Bununla yanaşı, administrasiyadakı mənbə Nikol Paşinyanın növbəti seçkilərdə də qalib gələcəyini güman edir: “Ancaq indi məsələ seçkilərlə bağlı deyil, Rusiyanın orada olması ilə bağlıdır. Hazırda Ermənistanda əvvəlkilərdən – Serj Sarkisyan və Robert Koçaryandan başqa heç bir rusiyayönlü siyasətçi yoxdur. Ona görə də orada Rusiyanın adından danışacaq heç kim yoxdur”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam