Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibi təsdiqləndi -Putin Türkiyəyə getməyəcək

Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparamaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Yenixeber.org: Bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.
Putin həm də Ukrayna ilə danışıqlar aparmaq üçün ekspertlər qrupunun tərkibini təsdiq edib.

Eskpertlər qrupuna, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini A. Zorin, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin humanitar sahədə dövlət siyasəti üzrə müavini Y. Podobreevskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru A. Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini V. Şevtsov daxil edilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam