Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı veriləcək

Ermənilər ŞOKDA - Sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı veriləcək
Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə Mehmet Tələt Paşanın adının verilməsi ilə bağlı Türkiyə parlamentinə təqdim edilən qanun layihəsinə cavab verib.
Yenixeber.org: Bu barədə erməni KİV məlumat yayıb.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistan Respublikası Türkiyə Respublikası hökumətinin rəsmi mövqelərini və qərarlarını nəzərə alır", - məlumatda deyilir.
Bundan əvvəl xəbər deyilirdi ki, müvafiq qanun layihəsi Türkiyə Böyük Milli Məclisinə təqdim edilib və İYİ partiyanın 28 üzvü tərəfindən imzalanıb.
Qeyd edək ki, Tələt Paşa 1921-ci il martın 15-də Almaniyanın paytaxtı Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam