Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Boris Conson Ukrayna ilə bağlı çağırış etdi:HƏRƏKƏTƏ KEÇİN!

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynaya dəstəyin zəifləməsindən ciddi narahatlığını ifadə edib.

Yenixeber.org: “The Telegraph” qəzetinin yaydığı məlumata görə, Conson ictimaiyyətin və siyasi dairələrin Ukraynada davam edən müharibəyə marağının azalmasını tənqid edib və bunun təhlükəli tendensiya olduğunu bildirib.

Conson qeyd edib ki, Qərb ölkələrində, xüsusən də Böyük Britaniyada Ukrayna məsələsinə olan diqqət və dəstək əvvəlki səviyyədə deyil:

“Ukraynaya maraq və dəstək hazırda çox aşağıdır. Bu məni çox kədərləndirir. Məncə, bu mövzu gah gündəmə gəlir, gah da unudulur, amma mənim üçün bu əsas məsələdir”.

Sabiq baş nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibədə uğur qazanmasına imkan vermək Qərbin strateji və mənəvi baxımdan böyük məğlubiyyəti olar. O, Britaniya hökumətini və ictimaiyyətini Ukraynaya dəstək məsələsində daha qətiyyətli və davamlı mövqe tutmağa çağırıb.

Conson həmçinin Ukraynanın silahlandırılmasının və maliyyə dəstəyinin davam etdirilməsinin vacibliyinə diqqət çəkib, əks halda Rusiya təcavüzünün qarşısının alınmasının daha da çətinləşəcəyini bildirib. Onun sözlərinə görə, demokratik dəyərləri qorumaq və Avropada sabitliyi təmin etmək üçün Ukraynaya ardıcıl və güclü dəstək göstərilməlidir.

Xatırladaq ki, Boris Conson baş nazir olduğu dövrdə Ukraynanın əsas siyasi və hərbi dəstəkçilərindən biri kimi çıxış etmiş, müharibənin ilk günlərindən etibarən Kiyevə silah, maliyyə yardımı və diplomatik dəstək göstərilməsini təşviq etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam