Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

ABŞ UNESCO-dan çıxır -Tramp qərar qəbul edib

KİV: Tramp ABŞ-ın UNESCO-dan çıxması barədə qərar qəbul edib
Prezident Donald Tramp ABŞ-ın UNESCO-ya üzvlüyünü ləğv etməyi planlaşdırır.

Yenixeber.org: Bu barədə “New York Post” qəzetinə adı açıqlanmayan Ağ Ev rəsmisi məlumat verib.

Təşkilatın anti-ABŞ və anti-İsrail meylinə görə Trampın belə bir qərar qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə buna oxşar addımlar atıb.

Onun dövründə ABŞ Ümumdünya Səhiyyə Təşkilatı, BMT İnsan Hüquqları Şurası, iqlim dəyişikliyi ilə bağlı qlobal razılaşmadan və İranın nüvə proqramından çıxıb.

ABŞ UNESCO-ya ilk dəfə 1945-ci ildə üzv olub. 1984-cü ildə maliyyə vəsaitlərinin düzgün xərclənməməsini və Amerikaya qarşı qərəzi əsas gətirərək bu təşkilatı tərk edib, 2003-cü ildə yenidən UNESCO-ya üzv olub.

Qeyd edək ki, UNESCO Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır. Təhsil, mədəniyyət və kommunikasiya sahələrində beynəlxalq əməkdaşlığı təşviq edərək dünyada sülhün möhkəmlənməsinə çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam