Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Putindən moldovanlara İLGİNC icazə

Vladimir Putin Rusiyada Moldova vətəndaşlarının hüquqi statusunun xüsusiyyətlərinə dair fərman imzalayıb.

Yenixeber.org: Sənədə əsasən, 1 oktyabr 2025-ci il tarixindən 1 yanvar 2026-cı ilədək Rusiyaya daxil olan Moldova vətəndaşlarına 1 oktyabr 2026-cı ilədək Rusiyada əmək patentinə ehtiyac olmadan və səfər məqsədinə dair əvvəlcədən bəyan edilən tələblərə baxmayaraq işləməyə icazə veriləcək.

Bunun üçün həmin şəxslərin barmaq izi prosedurundan və tibbi müayinədən keçməsi tələb olunur.

Bundan əlavə, fərmana əsasən, Moldova vətəndaşları üçün Rusiyada hüquqi statuslarını leqallaşdırmaq məqsədilə nəzərdə tutulan müddət 1 yanvar 2026-cı ilədək uzadılıb.

Qeyd edək ki, digər xarici vətəndaşlar üçün bu müddət 10 sentyabr 2025-ci ilədək uzadılmışdı.

Putin bu fərmanı Moldovada parlament seçkilərindən cəmi iki ay əvvəl imzalayıb. Moldova hakimiyyətinin fikrincə, Kreml bu addımla seçkilərə müdaxilə etməyi və Moskvaya daha yaxın duran bir hökumətin formalaşdırılmasına təsir göstərməyi planlaşdırır.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam