Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Yeni əsir mübadiləsi olacaq...

Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır.

Yenixeber.org: Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Novini.LIVE”a bildirib ki, Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır və yaxın vaxtlarda növbəti mərhələlər həyata keçiriləcək.

Yusov yeni mübadilələri anons edərək vurğulayıb ki, Ukrayna əsirlərin azad olunması üçün maksimum səylər göstərir.

O əlavə edib ki, İstanbulda əldə olunmuş razılaşmaların həyata keçirilməsi davam edir və artıq şərti olaraq adlandırılan "üçüncü İstanbul" razılaşmasının icrasına da başlanılıb. Bununla yanaşı, planlı mübadilələr də davam edir.

Yusov qeyd edib ki, müharibə ərzində 68 əsir mübadiləsi baş tutub: “Bu yalnız planlaşdırılmır, artıq hazırlanır. Yaxın gələcəkdə mütləq yeni mübadilə mərhələləri olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam