Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Strateji müdafiə paktı imzaladılar...  

 Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar.
Yenixeber.org: Pakistan Baş nazirinin ofisi hər hansı bir ölkəyə qarşı təcavüzün hər iki ölkəyə qarşı təcavüz aktı kimi qiymətləndiriləcəyini nəzərdə tutan paktın imzalandığını elan edən bəyanat yayıb.

Bundan əvvəl baş nazir və vəliəhd Ər-Riyadda Əl-Yəmamə kral iqamətgahında görüşüb, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında danışıqlar aparıblar. Şərifi baş nazirin müavini İshaq Dar, müdafiə naziri Xavaca Asif və maliyyə naziri Məhəmməd Auranqzeb müşayiət edib.

“Dawn” nəşri qeyd edir ki, İslamabad və Ər-Riyad uzun müddətdir iqtisadi və müdafiə əlaqələri saxlayır; Pakistan Səudiyyə Ərəbistanından maliyyə yardımı və neft tədarükü alır.

İyun ayında Şərif bin Salmanla görüşüb və bu ilin mayında Pakistan və Hindistan arasında münaqişənin sona çatmasında oynadığı rola görə Ər-Riyada təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam