Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Rusiya Baş prokurorunun milyonluq mülkləri açıqlandı - Kremllə üzbəüz 10 milyonluq mənzili var

Rusiya Baş Prokuroru İqor Krasnovun iki yaşlı oğlu Kremlin yaxınlığında760 milyon rublluq (9 milyon dollara yaxın) mənzilə sahibdir.

Yenixeber.org: Bu barədə mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının komandası (FBK) məlumat yayıb.

Məlumatda deyilir ki, Navalnının komandası hazırkı baş prokuror və tezliklə Ali Məhkəmənin sədri olacaq İqor Krasnovla bağlı araşdırmanın nəticəsini açıqlayıb. Məlum olub ki, o və ailəsi təkcə son üç il ərzində təxminən 1.5 milyard rubl (təxminən 18 milyon dollar) dəyərində daşınmaz əmlak əldə edib.

Konkret olaraq, prokurorun ailəsinin Kremllə üzbəüz “Zolotoy” yaşayış kompleksində 304 kvadratmetrlik, dəyəri 760 milyon rubl olan mənzili var. Mənzil rəsmi olaraq məmurun iki yaşlı oğlu Mixail Krasnovun adınadır.

Təxminən 370 milyon rubl dəyərində olan başqa bir 165 kvadratmetrlik mənzil elit "Plyuşixada həyat" kompleksində yerləşir. O, Baş Prokurorun keçmiş həyat yoldaşı Anna Krasnovanın adınadır. “Proekt” jurnalistləri Baş prokurorla xanımının boşanmasının saxta olduğunu iddia bildirirlər.(Azpolitika)

FBK-nın məlumatına görə, Krasnovlar ailəsi “oliqarxların himayəsinə götürülüb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam