Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Trampa qarşı təxribatlar ARAŞDIRILACAQ?

Trampa qarşı 3 təxribat?

Tramp BMT-də baş verən “üç uğursuz hadisə”nin araşdırılmasını tələb edir

Yenixeber.org: ABŞ Prezidenti Donald Tramp BMT-də çıxışı zamanı başına gələn üç hadisəni təsadüf hesab etmədiyini bildirib.

O, hadisələrin araşdırılmasını tələb edib.

Tramp deyib ki, 23 sentyabrda BMT-nin Nyu-Yorkdakı qərargahında üç problem yaşayıb: eskalator qəfil dayanıb, çıxış zamanı teleprompter işləməyib və zalda səs kəsilib.

“Biz Melaniya ilə eskalatordan qalxanda birdən-birə dayandı. Yaxşı ki, möhkəm yapışmışdıq, yoxsa yıxılacaqdıq. Sonra teleprompter işləmədi. Ardınca da zalda səs tamamilə kəsildi. Bunu sadəcə təsadüf adlandırmaq olmaz”, - Tramp bildirib.

O əlavə edib ki, çıxışını bitirdikdən sonra xanımı Melaniyadan necə danışdığını soruşub: “O dedi ki, heç nə eşitmədim”.

Tramp BMT rəhbərliyinə məktub göndərdiyini və bu hadisələrin araşdırılmasını tələb etdiyini açıqlayıb.

BMT sözçüsü Stefan Düjarrik isə hadisələrin sadəcə texniki səbəblərlə baş verdiyini deyib. Onun sözlərinə görə, eskalator Trampı müşayiət edən operatorun təsadüfən təhlükəsizlik mexanizmini işə salması nəticəsində dayanıb. Teleprompterdəki nasazlıq isə Trampın komandasının öz noutbuklarını sistemə qoşması ilə bağlı olub.

BMT Baş Assambleyasının sədri Annalena Bärbock isə bildirib ki, “teleprompterlər normal işləyir”.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb ki, ABŞ-ın Gizli Xidməti hadisələrlə bağlı araşdırma aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam