Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Pəhləvi İranda demokratiya qurmaq istəyir?

Pəhləvi İranda demokratiya qurmaq istəyir

İranın vəliəhd şahzadəsi Rza Pəhləvi hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə ölkənin demokratiyaya keçidini təmin etməyə və azad seçkilər keçirməyə hazır olduğunu bəyan edib.

Yenixeber.org: O, bu barədə Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb. 

Rza Pəhləvinin sözlərinə görə, onun “demokratiyaya keçid üçün aydın yol xəritəsi” mövcuddur və bu plan hakimiyyət dəyişikliyindən dərhal sonra - “qələbənin ertəsi günü” həyata keçirilməlidir. O bildirib ki, keçid prosesi dinc, sabit və planlı şəkildə baş tutmalıdır.

Pəhləvinin təqdim etdiyi yol xəritəsi dörd əsas prinsipə əsaslanır. Bunlara İranın ərazi bütövlüyünün qorunması, dinin dövlətdən ayrılması, bütün vətəndaşlar üçün şəxsi azadlıqların və bərabərliyin təmin edilməsi, eləcə də xalqın demokratik idarəetmə formasını azad şəkildə seçmək hüququ daxildir.

İranın vəliəhd şahzadəsi qeyd edib ki, bu plan ölkənin iqtisadi bərpası üçün də əsas çərçivə rolunu oynayacaq və biznes dairələrinin nümayəndələri tərəfindən dəstəklənir. Onun sözlərinə görə, sözügedən yol xəritəsi iqtisadi sabitliyin bərpasına və inkişafın təmin edilməsinə yönəlib.

Pəhləvi beynəlxalq müşahidə altında konstitusiya prosesinin başladılacağını və bu prosesin yekununda “azad və ədalətli seçkilər”in keçiriləcəyini vəd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam