Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Alyaskada 1 500 hərbçi döyüş hazırlığına gətirildi -SƏBƏB

ABŞ Müdafiə Nazirliyi Alyaskada yerləşən təxminən 1 500 hərbi qulluqçunu mümkün daxili eskalasiya ssenarisi üçün hazırlıq vəziyyətinə keçirib.
Yenixeber.org: Məlumata görə, hərbçilər Minnesota ştatına göndərilə biləcək ehtiyat qüvvə kimi nəzərdə tutulur. Bu addım prezident Donald Trampın ölkə daxilində baş verən iğtişaşlarla bağlı Qiyam Aktını (Insurrection Act) tətbiq etmək ehtimalını dilə gətirməsi fonunda atılıb.

Söhbət Alyaskada dislokasiya olunmuş 11-ci hava-desant diviziyasına daxil olan iki piyada batalyonundan gedir. Hərbçilər mümkün göndəriş üçün logistika və əməliyyat baxımından hazır vəziyyətə gətirilib. Rəsmilər bildirirlər ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və hazırda Minnesotaya qoşun göndərilməsi ilə bağlı yekun əmr verilməyib.

Qeyd edək ki, Tramp bundan əvvəl immiqrasiya xidməti (ICE) agentləri ilə etirazçılar arasında baş verən toqquşmalar fonunda Qiyam Aktını işə sala biləcəyini bəyan etmişdi. Lakin sonradan o, vəziyyətin hələlik bu addımı tələb etmədiyini bildirib.

Hazırlıq vəziyyətinə keçid ABŞ-da daxili təhlükəsizliklə bağlı müzakirələrin yenidən kəskinləşdiyini və federal hakimiyyətin mümkün gərginlik ssenarilərinə qarşı hərbi variantları da nəzərdən keçirdiyini göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam