Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Tramp kəşfiyyat rəhbərləri ilə qapalı müzakirə keçirir -İrana ZƏRBƏ endirilə bilər

Bütün diqqətlər ABŞ-a yönəlir: Tramp bəyanatla çıxış edəcək

ABŞ prezidenti Donald Trampın yanında kəşfiyyat qurumlarının rəhbərləri və nümayəndələri ilə qapalı görüş başlayıb.

Yenixeber.org: Görüşlə bağlı məlumat Ağ Evin saytında yerləşdirilsə də, müzakirə mövzusu açıqlanmayıb. Onun Yaxın Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-ın İrana qarşı sərt ritorikası fonunda keçirilməsi diqqəti cəlb edir. Son günlərdə ABŞ administrasiyasının rəsmiləri dəfələrlə Vaşinqtonun diplomatik irəliləyiş olmadığı təqdirdə müxtəlif variantları nəzərdən keçirməyə hazır olduğunu bildiriblər.

Tramp əvvəllər İrana doğru "nəhəng bir armada"nın gəldiyini və Tehranın nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşma üzrə danışıqlara razı olacağına ümid etdiyini bildirmişdi. Amerika prezidenti xatırladıb ki, 2025-ci ilin iyun ayında ABŞ "Gecə cəkici" əməliyyatının bir hissəsi olaraq İranın nüvə obyektlərinə zərbələr endirib. O, "növbəti hücumun daha pis olacağını" bəyan edib və "bunun baş verməsinə yol verməməyə" çağırıb.

Lakin yayılan məlumatlara görə, İran yalnız nüvə sahəsində razılaşmaya gedə biləcəyini açıqlayaraq, raket proqramını heç kimlə müzakirə etməyəcəyini ABŞ tərəfinə çatdırıb.

Baş verən proseslər bu həftəsonu ABŞ-ın İrana zərbə endirəcəyi gözləntilərini gütdikcə gücləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam