Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

ABŞ-ın başçılıq etdiyi koalisiya bu hərbi bazanı tərk etdi

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın Həsəkə əyalətindəki hərbi bazanı tərk edir
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən “Kasrak” hərbi bazasından çıxmağa başlayıb.
Yenixeber.org: Bu barədə "Syria TV" telekanalı məlumat yayıb.

Məlumata görə, şəxsi heyət və hərbi texnika daşıyan konvoylar qonşu İraq ərazisinə istiqamətlənir.

“Kasrak” bazası əsasən kürdlərin yaşadığı Həsəkə əyalətinin inzibati mərkəzi olan Həsəkə şəhəri yaxınlığında yerləşir və Qərb koalisiyasının Suriya ərazisindəki ən böyük hərbi obyektlərindən biri hesab olunurdu.

Bundan əvvəl ABŞ və müttəfiq qüvvələr “Harab əl-Cir” aviabazasını və əyalətin cənubundakı Əş-Şəddadi şəhərində yerləşən təlim düşərgəsini tərk etmişdilər.

Fevralın 12-də isə koalisiya hərbçiləri Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən və Dəməşq–Bağdad strateji magistralına nəzarət imkanı verən "Ət-Tanf" bazasından çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam