Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Tehran milyardlarla dollar itirəcək - İrana gözləmədiyi ölkədən zərbə 

Tehran milyardlarla dollar itirəcək - İrana gözləmədiyi ölkədən zərbə 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz ərazisində saxlanılan İran aktivlərini dondurmaq imkanlarını araşdırır.
Yenixeber.org: Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb. Bildirilib ki, BƏƏ bu addımı ilə rəsmi Tehranı milyardlarla dollar itirmək riski ilə üz-üzə qoyur.

Əgər BƏƏ bu addımı atsa, İranın xarici valyutaya və beynəlxalq ticarət şəbəkələrinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bildirilir ki, BƏƏ rəsmiləri artıq İranı planları barədə şəxsi şəkildə məlumatlandırıblar. Bu cür tədbirlər "Tehranın ən vacib iqtisadi arteriyalarından biri”ni kəsə bilər və qlobal ticarət şəbəkələrinə çıxışını məhdudlaşdırar.

Bir neçə mənbə qəzetə bildirib ki, alternativ olaraq BƏƏ hakimiyyəti İranın qanunsuz əməliyyatlarının qarşısını almaq üçün xüsusi tədbirlər tətbiq etməyi düşünür. Bunlara rəsmi bank kanallarını keçərək pul köçürmə sxemlərində iştirak edən yerli valyuta mübadiləsinə məhdudiyyətlər və ABŞ-da yerləşən kölgəli şirkətlərin aktivlərini dondurmaq daxildir. Məhdudiyyətlər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hesabları hədəf alacaq.
“The Wall Street Journal” əlavə edir ki, digər məsələlərlə yanaşı, BƏƏ ölkənin kölgə donanmasını hədəf almaq üçün İran gəmilərini ələ keçirmək ehtimalını da istisna etmir. Məqalədə həmçinin qeyd olunur ki, BƏƏ uzun müddət Qərb sanksiyalarından yayınmaq istəyən İran fərdləri və şirkətləri üçün maliyyə mərkəzi kimi xidmət edib.

Xatırladaq ki, İran ABŞ-İsrail hücumu fonunda digər qonşu ölkələrlə yanaşı, BB-yə də zərbələr endirib.
BƏƏ isə münaqişədə iştirak etmək istəmədiyini, İrana qarşı hər hansı bir hücum üçün öz ərazisindən, ərazi sularından və ya hava məkanından istifadəyə icazə vermədiyini bəyan edib.
Lakin ölkə özünümüdafiə hüququnu da saxladığını bildirib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam