Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ter-Petrosyan rusiyalı milyarderə qoşuldu...

Ter-Petrosyan Paşinyanı satdı - rusiyalı milyarderə qoşuldu

Ter-Petrosyan müxalifəti Karapetyan ətrafında birləşməyə səsləyib.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, onun sözlərinə görə, Ermənistanda parçalanmış müxalifəti bir araya gətirə biləcək yeganə siyasi fiqur “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyandır.

Bu çağırış Ermənistanda rusiyameylli müxalifətin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi üç fərqli siyasi düşərgəni birləşdirərək hakimiyyətə gəlmək imkanlarını müzakirə etdiyi bir vaxtda səsləndirilib. Bu ssenari şərti olaraq “Gümrü-2” planı kimi dəyərləndirilir.

Erməni Milli Konqresinin lideri olan Ter-Petrosyan müxalif düşərgədə vəziyyəti qiymətləndirərək qeyd edib ki, aylarla davam edən danışıqlar heç bir razılaşma ilə nəticələnməyib.

“Son nəticədə başa düşmək lazımdır ki, müxalifətin birləşməsi siyasi məsələ deyil, millətin xilası məsələsidir. Karapetyan özünü təmin edən və formalaşmış şəxsiyyət kimi bu problemi həll edə bilər”, – deyə o vurğulayıb.

Qeyd olunub ki, Ermənistan Milli Konqresi də parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Partiya baş nazir postuna namizəd kimi Levon Zurabyanın irəli sürüldüyünü bildirib. Samvel Karapetyan Rusiyada "Taşir" şirkətinin sahibi və milyarder kimi tanınır. O. Ermənistan baş naziri olmağa iddialıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam