Orban baş katib ola bilər...
ABŞ administrasiyası Macarıstanın keçmiş baş naziri Viktor Orbanın BMT baş katibi vəzifəsinə uyğun namizəd olacağına inanır.
Yenixeberorg.az: Bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin iddiasına görə, ABŞ Orbanın BMT baş katibi üçün müsabiqəyə qatılmasını istəyir və belə bir namizədin Rusiya və Çinin dəstəyini qazana biləcəyinə inanır.
Dövlət Departamentindəki mənbə hesab edir ki, keçmiş baş nazirin Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini qazanmaq potensialı var və onlardan səkkizinə asanlıqla nail ola bilər.
Nəşr qeyd edir ki, əsas məsələ Böyük Britaniya və Fransanın digər üzvlərin mövqeyinə qarşı çıxıb-çıxmamasıdır. Çünki iki ölkə də veto hüququndan istifadəyə ehtiyatla yanaşır.
Dövlət Departamentindəki mənbə həmçinin vurğulayıb ki, Orban düzgün ideologiyaya sahibdir və mürəkkəb siyasi mühitdə liderlik edə bilir.
Qeyd edək ki, hazırki Baş katib Antonio Quterreşin vəzifəsi 31 dekabr 2026-cı ildə başa çatır.









AZ
RU