Redaktor seçimi
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –
Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Günün xəbəri

Sabiq müdafiə naziri David Tonoyana qarşı yeni cinayət işi açıldı -SƏBƏB

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi üzrə ittiham irəli sürülüb.

Yenixeberorg.az: Bu barədə “Armenia Today” nəşri məhkəmə-hüquq informasiya sistemi “Datalex”in məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, Tonoyan və Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. İttihama əsasən, bu əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Yolçyanın Tonoyana həmin əməldə kömək etdiyi bildirilir.

Cinayət işi noyabrın 24-də məhkəməyə daxil olub və hakim Aram Qriqoryana həvalə edilib. Hər iki təqsirləndirilən şəxs barəsində ölkədən çıxış qadağası və girov qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tonoyan 2021-ci ilin sentyabrında yararsız aviasiya sursatlarının alınması ilə bağlı başqa bir cinayət işi üzrə həbs edilmişdi. O, 2024-cü ilin avqustunda girov müqabilində azadlığa buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam