Redaktor seçimi
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –
Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Günün xəbəri

Xosep Qvardiola İtaliya millisinin təklifindən imtina etdiyini açıqlayıb

İngiltərənin "Mançester Siti" komandasının sabiq baş məşqçisi Xosep Qvardiola İtaliya millisinin təklifindən imtina edib.

Yenixeberorg.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib.

O, karyerasına fasilə vermək üçün bu addımı atdığını bildirib:

"Bu barədə ilk dəfə danışıram. Amma onlarla müzakirələrim olub. İtaliya kimi ölkəyə "yox" demək məni narahat etdi. Bu komandaya rəhbərlik etmək karyeramın ən böyük şərəflərindən biri olardı. Lakin anladım ki, artıq kənara çəkilmək vaxtıdır. Əgər iki il əvvəl müraciət etsəydilər, çox güman razılaşardım".

X.Qvardiola gələcəkdə məşqçi kimi fəaliyyətini bərpa edəcəyi halda hansısa milli komandada çalışmaq arzusunda olduğunu da söyləyib.

Xatırladaq ki, Xosep Qvardiola "Mançester Siti"dən əvvəl Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona" komandalarına da rəhbərlik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam