Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Bitərəf millət vəkillərindən biri YAP-IN TƏŞƏBBÜSÜNƏ ETİRAZ EDİB –İDDİA

 

 Müstəqil (bitərəf) millət vəkillərindən biri növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı öz kəskin etirazını bildirib və bununla bağlı bitərəflərin müraciətinə imza atmaqdan imtina edib.

Yenixeber.org: Bunu saytımıza Milli Məclisdəki (MM) adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, həmin millət vəkili ayın 29-da MM-də bitərəflərin (müstəqillərin) yığıncağında növbədənkənar seçkilərə etirazını dilə gətirib.

“O,  yığıncaqda seçkilərə hansı səbəbdən, hansı zərurətdən gedilməsi ilə maraqlanıb və yeni seçkilərlə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) gətirdiyi arqumentin heç də əsaslı olmadığını bildirib. Eyni zamanda, bitərəf deputatların müraciətinə imza atmaqdan imtina edib”-deyən məlumatlı mənbənin bildirdiyinə görə, dünən (noyabrın 30-da)  bitərəf millət vəkilləri həm də parlamentə dəvət olunaraq, müraciətə imza atıblar.

Mənbə həmin millət vəkilinin adını çəkməs də, onun uzun illər müxalifət partiyalarında birində təmsil olunduğu və sonradan həmin partiyadan gedərək, müstəqil fəaliyyət göstərdiyini bildirib.(etikxeber.az)

Kamil HƏMZƏOĞLU

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam