Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Tovuzda - silahlı şəxs ictimai asayişi pozub

Tovuzda silahlı şəxs ictimai asayişi pozub
Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu zaman ərazidə xidmət aparan Qovlar polis bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya iki dəfə atəş açılıb. Həmin şəxs tüfəngi ataraq qaçıb. 
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum edilən Eynur Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, E.Həsənov həmin gün kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə edib. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlıq araşdırma aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam