Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

BNA-dan sərnişini döyən sürücü ilə bağlı -AÇIQLAMA

BNA-dan sərnişini döyən sürücü ilə bağlı AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır.

 

Yenixeber.org: Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.

Hadisə ilə bağlı onda izahat tələb olunub.

“Ümumiyyətlə, bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii ki, hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”,- M.Ağayev qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam