Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı – Təfərrüat

Bərdə Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.

Yenixeber.org: DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, martın 25-də Bərdə rayon sakinləri-əvvəllər məhkum edilmiş Fərid Aslanov, Asif Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomaşınla Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər.

Bu zaman onlar vətəndaşlara məxsus avtomaşınlara ziyan vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar.

Ə.Əsədovun idarə etdiyi “Priora” markalı avtomaşına baxış keçirilən zaman 1 ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah, 1 ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana həmçinin F. Aslanovun üzərindən 1 ədəd beşbarmaq və 2 ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan başqa F. Aslanovun üzərindən heroin, A. Süleymanovdan isə tiryək aşkar edilərək götürülmüşdür. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam