Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına rəsmi cavab

Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına rəsmi cavab

 

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına münasibət bildirib.

Yenixeber.info: Bu gün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov musavat.com-la əlaqə saxlayaraq dərc edilmiş yazıya münasibət bildirib.

M.Sadıqov bildirib ki, nə Nail Allahverdiyevə, nə də digər məhbuslara həbsxanada xüsusi imtiyazla şərait yaradılmayıb yaradıla da bilməz.

Polkovnikin sözlərinə görə, istintaq təcridxanası beynəlxalq satandartlara uyğun inşa edilib və bütün kameralarda saxlama şəraiti eynidir: "Həmin kameralarda dustaqlara xüsusi imtiyazların göstərilməsindən söhbət gedə bilməz. Kameralar 2, 4 və 6 nəfərlikdir. Hər birində də şərait eynidir".

M.Sadıqov kameralarda televizor və kondisioner olması məsələsinə də münasibət bildirib:

"2008-ci ildə qanununvercilikdə dəyişiklik ediləndən sonra bütün kameralarda televizorlar quraşdırılıb. Kameralarda "ventilyator"a icazə verilsə də, kondinsionerdən söhbət gedə bilməz".

Bildirək ki, törətdiyi avtomobil qəzası ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olan Nail Allahverdiyev həbs edilib. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam