Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Rusiyanın Su-57 manevri...-Və Qarabağda məhv olan hərbi imic


 
         

                          Rusiya Ordusunun Aerokosmik Qüvvələri ilk Su-57 qırıcısının prototipini təhvil alıb.
 
Yenixeber.org: RİA Novosti-yə rus hərbi sənayesindən sızdırılan məlumatda belə deyilir.
Məlumata görə, Axtubinskdəki Dövlət Uçuş Test Mərkəzində sınaqdan çıxarıldıqdan sonra sözügedən təyyarə döyüş hissəsinə göndəriləcək.
Adı açıqlanmayan mənbə bildirib ki, 2019-cu ildə Rusiya ordusuyla bağlanan müqaviləyə əsasən, 2028-ci ilə qədər 76 ədəd  Su-57 təyyarəsi Rusiya ordusuna təhvil veriləcək və rus hərbi sənayesi bu öhdəliyini vaxtında yerinə yetirə biləcək.
 
Rusiyanın Strateji və Texnologiyaların Təhlili Mərkəzinin mütəxəssisi Vasili Kaşinin “Vzqlayd” qəzetinə verdiyi şərhə görə, Su-57-lər 5-ci nəsil döyüş təyyarəsidir və müasir dünyamızda bu tipli təyyarələr yalnız 3 ölkədə istehsal olunur: “F-22 Raptor” və F-35 Lightning” tipli təyayrələr ABŞ-da və “Chengdu J-20”-lər Çində, Su-57-lər Rusiyada. Ekspertin iddia edir ki, bəzi texniki özəlliklərinə görə, Su-57-lər hətta F-35-dən daha uğurlu hərbi maşın sayılır.


 
Maraqlıdır ki, Su-57-lər təkbaşına xidmət göstərməyəcək. Onların effektli xidməti üçün bir də yanlarında dronlar uçmalıdır.
 
Rus hərbçilərinin fikrincə, 2021-ci ildə ilk partiya olaraq orduya 4 ədəd Su-57 təyyarəsi təhvil veriləcək.
 
Qeyd edək ki, sonuncu Qarabağ döyüşlərində rus hərbi texnikasının mənasız dəmir yığınından başqa bir şey olmadığı ortaya çıxmışdı. Dünyanın bir çox nüfuzlu media qurumları indiyədək Vətən müharibəsində ermənilərinin məğlubiyyətinin əsas səbəblərindən birini də məhz rus silahlarının keyfiyyətsizliyində axtarırlar. Fransanın “Le Monde” nəşri dünənki buraxılışında “Dağlıq Qarabağ – sabahkı müharibələrin müjdəçisi” adlı məqaləsində də bu məsələdən bəhs edərək yazır:
 
“İndiyə qədər Ermənistan ordusu daha səmərəli, daha motivasiyalı və əraziyə nəzarətdə daha yaxşı kimi görünürdü. Bir neçə ildir özünü müasir hərbi arsenalla təchiz edən Azərbaycan yeni hərbi aktyor olan Türkiyənin dəstəyi ilə döyüş əməliyyatlarını hazırladı. 256 milyon dollar dəyərində “Bayraktar” silahlı PUA-lar alan Bakı texnoloji inkişafdan və türk təcrübəsindən yararlana bildi”.
 
Qəzetin iddiasına görə, Azərbaycan yüzlərlə rus texnikasını və bir ordunu 6 ədəd Türk silahlı dronları ilə yerlə yeksan etdi.
 
Görünür, Rusiya Dağlıq Qarabağda məhv olan hərbi imicini yenidən bərpa etmək üçün özünün son kozırını - Su-57-sini gündəmə gətirməyə çalışır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam