Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Ermənistandakı antiRusiya bəyanatları Kremli hiddətləndirir - Gümrüdəki hərbi baza çıxarıla bilər

Ermənistandakı antiRusiya bəyanatları Kremli hiddətləndirir -  Gümrüdəki hərbi baza çıxarıla bilər

Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın bu günlərdə həmin ölkədə nəşr olunan “Weekblad Elseveir” nəşrinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə müsbət yanaşması Rusiya hərbi ekspertlərini hiddətləndirib.

Yenixeber.org: “Komsomolskaya Pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ermənistan dairələrinin antiRusiya bəyanatlarının bu ölkəni indiki mürəkkəb situasiyada Rusiyanın dəstəyindən məhrum edə biləcəyini deyib.

Baranets xatırladıb ki, bundan əvvəl Ermənistan rəsmən Rusiya silahlarının yararsız olduğu haqda danışıb və KTMT çərçivəsindəki öhdəliklərinə baxmayaraq Rusiya silahlarından imtina edə biləcəyini deyib. “Müttəfiqciyəzdir, deyilənə görə. Hansı ki, biz qoruyuruq”,-o “Komsomolskaya Pravda” radiosunun efirindəki müzakirələr zamanı  hiddətini ifadə edib.

Digər hərbi ekspert Mixail Timoşenko isə yada salıb ki, Ermənistan Rusiyanın Qarabağda onun əvəzindən döyüşməsini arzu edirdi. “Hələ biz onların əvəzinə Qarabağda da döyüşməli idik”,-ekspert ironiya ilə bildirib.

Polkovnik Baranets əlavə edib ki, Tiqran Balayanın çıxışına bənzər çıxışlar Ermənistanın Rusiyanın müttəfiqi kimi etibarsız olduğunu göstərir. Ona görə də Moskva müvafiq nəticələr çıxarmalıdır və müttəfiqlik öhdəliklərindən imtina imkanlarını nəzərdən keçirməlidir. Ermənistandan qoşunlarını çıxarmaq və oradakı baza saxlamaqdan imtina etmək də daxil olmaqla. “Ermənistan üçün bunun hansı nəticələri olacaq, qoy bunu Yerevanda düşünsünlər”,-Baranets bildirib.

“Qorxuram ki, bazanın oradan çıxarılmasını indidən planlaşdırmaq lazımdır. Hər ehtimala qarşı. Qoy məni müvafiq orqanlar tənbeh etsinlər, amma dediklərim çox ciddi siqnaldır. Düşünmək lazımdır”,-rusiyalı polkovnik əlavə edib. (virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam