Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Şoyqu “Böyük Turan” barədə sualı cavablandırdı -“Tutaq ki, belə bir ideya var...” – VİDEO

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Böyük Turan” barədə verilən sualı cavablandırıb.
Yenixeber.org: Şoyqu “tengrinews.kz” xəbər portalına müsahibə verib. Jurnalist Şoyquya “Böyük Turan”, “Turan ordusu” barədə sual ünvanlayıb. Rusiyanın Müdafiə naziri isə bu məlumatların əsassız olduğunu və kimlər tərəfindən yayıldığını bilmədiyini deyib:

“Bu barədə demək istədiyim ilk şey onların kim olduqlarını bilmədiyimdir. Tutaq ki, bu barədə ideyalar var və hansısa addımlar atılır. Bəs, nə üçün və kimə qarşı? Rusiya ərazisində türkdilli xalqlar yaşayır, bizdə türkdilli xalqlar çoxdur. Ölkəmiz çoxmillətlidir və əsrlər boyu birlikdə yaşamışıq və yaşayırıq. Türkiyə ilə münasibələrimizə gəldikdə, bu Türkiyənin NATO üzvlüyünə mane olsa da çox təsirli əməkdaşlığımız var”.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova da “Böyük Turan” barədə sual ünvanlanmışdı. O, “Böyük Turan” dan tarixi mənada fövqəlmilli bir varlıq kimi danışsaq, Türkiyənin belə bir hədəfinin olduğunu düşünmürəm. SSRİ-nin tərkibinə girən və müstəqil olan ölkələrin bu fikri necə dəstəkləyəcəyini bilmirəm”-deyə cavab vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam