Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Venesuela XİN-i - ABŞ-ın yeni sanksiyalarını iqtisadi terrorizm adlandırıb

 ABŞ-ın Venesuela üçün sanksiya siyahısının genişləndirməsi beynəlxalq qanunların pozulması və iqtisadi terrorizmdir. 

Yenixeber.org:  Bu barədə Cənubi Amerika Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu cür tədbirləri yalnız iqtisadi terrorizm kimi qiymətləndirmək olar. Bunlar beynəlxalq aləm tərəfindən rədd edilir, çünki bu, BMT Nizamnaməsinin və digər beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır.

Nazirlikdən diqqətə çatdırılıb ki, ABŞ-ın sanksiyaları "Venesuela xalqını qida hüququndan məhrum edir". Venesuela hakimiyyəti də hesab edilir ki, görülən tədbirlər "Bolivar Respublikasının işlərinə qarışmaq məqsədlərinə çata bilməyən ABŞ hökumətinin ümidsizliyini göstərir".

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi, Venesuela üçün sanksiya siyahısına daha 10 fiziki və 13 hüquqi şəxsi əlavə etdiyini bildirmişdi. Qara siyahıya Venesuela və Kolumbiya vətəndaşları, həmçinin ABŞ, Honk Konq, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya, Panama, Meksika və Türkiyədə yerləşən şirkətlər daxildir. ABŞ hakimiyyət orqanlarına görə, bu şirkətlər prezident Nikolas Maduronun maraqlarına uyğun fəaliyyət göstərən korrupsiya sxemində iştirak edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam