Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

ƏRDOĞAN-ƏLİYEV GÖRÜŞÜ ERMƏNİSTANI TƏŞVİŞƏ SALDI: "Türk əməliyyatı tezliklə Qarabağda davam etdirilə bilər" -TƏHLİL

Naira Ayrumyan

“Lragir.am”, Ermənistan, 15 oktyabr 2019-cu il

 

Yenixeber.org: Türkiyə qoşunları Suriyada əməliyyat keçirdiyi bir vaxtda türk ölkələrinin prezidentləri Bakıda qardaşlaşırlar. Hərbi əməliyyatların qızğın dövründə, ABŞ-ın türk bürokratlarına qarşı sanksiyalar tətbiq etdiyi, Çin, AB və digər ölkələrin atəşkəs tələb etdiyi bir vaxtda Ərdoğan Əliyevlə danışıq aparmaq üçün Bakıya gəldi.

Türkiyəni yalnız üç dövlət – Azərbaycan, Qətər və Pakistan dəstəklədi. Cavabında, Türkiyə Xarici işlər naziri Çavuşoğlu yenidən Qarabağın işğal olunmasını xatırladı. Əliyev, Zəngəzurun Ermənistana verilməsinin “türk dünyasını parçalaması”  barədə danışdı. Ərdoğan isə “Azərbaycanın ərazi bütövlüyü”nün bərpa olunmasına kömək edəcəyinə söz verdi.

Bakıda ilhamlanıblar və orada döyüşkən əhvali-ruhiyyə yüksəlir – tezliklə türk əməliyyatının Qarabağda davam etdirilməsi barədə danışırlar.

Yada salaq ki, son on illikdə Azərbaycanda belə əhvali-ruhiyyə, ən azı, iki dəfə olub. 2008-ci ildə Gürcüstan Abxaziyanı qaytarmağa cəhd edərkən, Azərbaycanda səbirsizliklə “Gürcüstanın ərazi bütövlüyü”nün bərpa olunmasını gözləyirdilər. Azərbaycan qoşunlarının Qarabağ sərhədlərinə doğru hərəkət etməsi, Gürcüstanın rus qoşunlarının Ermənistana gedən yolunu kəsməsi halında, ordunun müdaxiləyə hazır olması haqqında danışırdılar. Eyni gözləntilər 2014-cü ildə, Rusiya Krımı ilhaq edərkən də vardı. Bakıda gözləyirdilər ki, Ukrayna bugün-sabah Moskva ilə müharibəyə girəcək.

Lakin hər dəfə Azərbaycan sakitcə silahı buraxmalı və dünyada oyun qaydalarının necə dəyişdiyini müşahidə etməli olur. Sergey Lavrov deyir ki, hazırda heç bir oyun qaydası yoxdur, ancaq o, bir az hiyləgərlik edir, çünki oyun qaydaları hər zaman vardır. Onları Donald Tramp səsləndirdi: reallıqların tanınması.

İndi Bakı ümidini Türkiyənin Suriya əməliyyatına bağlayıb. Bakıda Türkiyədən nə gözləyirlər? Faktiki, Ankaranın əməliyyatı Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasına, Yaxın Şərqdə kürd dövlətinin yaranmasının və yüzillik sərhədlərin dağılmasının qarşısının alınmasına yönəlib.

Əgər Türkiyə Suriyanın sərhədlərini “müdafiə etmə”yə nail olacaqsa, o, sonra yad ölkəni tərk etməyə məcbur olacaq və məlum deyil ki, bu, Ərdoğanın reytinqinə necə təsir edəcək. Əgər Türkiyə öz məqsədinə nail ola bilməyəcəksə, əgər sərhədlər pozulacaqsa, regional sərhədlərin dağılmasının sarsıntıları, həqiqətən, Qarbağadək gəlib çatacaq.

Politoloq Levon Şirinyan deyir ki, regional münaqişə şəraitində Ermənistan proaktiv olmalı, Kürədək irəliləmək və təbii erməni sərhədlərini (mətndə belə gedib – tərc.) bərpa etmək haqqında düşünməlidir. Görünür, Əliyev bundan qorxur, buna görə də Suriyanın ərazi bütövlüyünün qorunması üçün Ərdoğana kömək edir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam