Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Maduro Bakıdan səsləndi:"Biz diz çökməməliyik"

Maduro Bakıdan səsləndi: "Biz diz çökməməliyik"
"Qoşulmama Hərəkatı həm də silahlı münaqişələrin qarşısını almaq üçün yaradılan bir təşkilatdır. Bizim 3 illik qurumda sədrliyimiz müddətində bu məqama xüsusi diqqət yetirmişik".

Yenixeber.org: Bunu Venesuela prezidenti Nikolas Maduro Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Venesuelanın sədrliyi dövründə üç konkrert məqsəd, hədəf qarşıya qoyulmuşdu: Birincisi üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, müxtəlifliyin təmin olunması, sivilzasiyalar arasında yaxınlaşamanın daha da genişlənməsidir. Bununla bağlı bizim təşkilat müvafiq addımlar atır:

“Mən fürsətdən istifadə edərək Azərbaycana öz təşəkkürümü bildirirəm. Əminik ki, Azərbaycan hərəkata sədrliyi çərçivəsində həmrəyliyin daha qabarıq şəkildə inkişaf etməsi üçün işləyəcək. Biz bu istiqamətdə səyləri davam etdirməli, bir-birimizlə daha tez-tez görüşməliyik. Bütün üzv dövlətlər arasında həmrəylik və konsensus olmalıdır. Dövlətlər arasında sülh və həmrəylik olmalıdır. Xüsusilə, Fələstin məsələsində bacı qardaşlarımızın taleyinə biganə qalmalı deyilik. Bizim bəzi üzv dövlətlərə qarşı ədalətsiz məhdudlaşdırıcı addımlar atılır.

Görürük ki, BMT-nin üzv dövlətlərinin üçdə ikisi burada təmsil olunub. Yəni, dünyadakı dövlətlərin əksəriyyəti buradadır. Bizim dövlətlərimizin zəngin ehtiyatları var geosiyasi güclər isə öz planlarından geri çəkilmirlər.

Üzv dövlətlər çalışmalıdır ki, hərəkatı gücləndirsin, hətta onun hüdudlarından kənara çıxıb vacib iştirakçıya çevrilə bilək. Üzv dövlətlər adət-ənənlərini qorunmasına çalışmalıdır. Biz bu və ya digər dövlətin polis rolunu oynamasına imkan verməli deyilik. Hegemon, bir dünyada yaşamamalı, kolonist, imperalist yanaşmadan qurtarmalıyıq.

Təcavüz hallarının, onun iqtisadi formasının qarşısını almalıyıq. Çünki bu, bizim iqtisadiyyatımıza mane olur. Geosiyasi güclər çirkin kampaniya aparır ki, bundan xalqlar əziyyət çəkir. 30 milyonluq Venesuela xalqı da bundan əziyyət çəkir. Biz onların qarşısında diz çökməməli, dəyişikliyə nail olmalıyıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam