Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Etibarlı” MTK-da vətəndaşlardan şikayət: 290 saylı məktəbin idman meydançasına giriş bağlandı -VİDEO

media-dd

Bakıda bünövrə qazıntısı zamanı ətrafdakı binalar silkələyib, yaxınlıqdakı məktəbin stadionu isə zədələnib.

Yenixeber.org: Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi , D yaşayış sahəsinin sakinləri iddia edir ki, “Etibarlı” MTK tərəfindən tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısı 27-ci binanın bütün mənzillərində hiss olunur.

Sakinlər iddia edir ki, yeni inşa olunan binanın bünövrəsi məktəbin stadionuna bitişik olduğundan artıq idman meydançasına da giriş məhdudlaşdırlıb:

290 saylı tam orta məktəbdən bildirildi ki, ara məsafə gözlənilmədən aparılan qazıntı işləri zamanı meydançanın divarları uçma təhlükəsi ilə üz-üzə qalıb. Məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil ocağının rəhbərliyi meydançaya girişi müvəqqəti məhdudlaşdırıb. Bununla bağlı artıq aidiyyəti qurumlara məlumat verilib.

Özünü “Etibarlı” MTK-nın rəsmisi kimi təqdim edən şəxs-Tahir Məmmədov isə tikintinin lazımi qurumlarla razılaşdırldığını dedi.

FHN-dən sorğumuza cavab olaraq bildirildi ki, tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müvafiq qurumlarla razılaşdırılmış layihəyə uyğun yerinə yetirildiyi müəyyən edilib. Qonşuluqda yerləşən məktəbin stadionun istinad divarında hər hansı çatlara rast gəlinməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, aidiyyəti dövlət qurumlarının müvafiq rəyləri əsasında 2 ədəd 9 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə icazə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam