Dövlət Gömrük Komitəsinin ən qalmaqallı sturkturlarından biri də
“Azərterminalkomples”
Birliyidir desək, yanılmarıq. Əslində bu qurumun adıyerli KİV-də daha çox
qanunsuz
tenderlərdə, şübhəli maliyyə işlərində hallanır ki, burada da sözügedən
quruma rəhbərlik edən
şəxsin birbaşa məsul olduğu şəkksizdir.
Yenixeberorg.az: Elə redaksiyamıza göndərilən məqalədə da bu qurum və rəhbərliyi ilə
bağlı müəyyən
iddialar yer alıb.
Məqaləni təqdim edirik: "Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyətində
kadr siyasəti,
şəffaflıq və maliyyə nəzarəti ilə bağlı ciddi suallar meydana çıxır. Xüsusilə DGK-nın
Azərterminalkompleks Təsərrüfat Hesablı Birliyinin rəhbəri Kənan Aşurlunun
təyinatı və fəaliyyəti
ictimai diqqət tələb edir.
Müxtəlif mənbələrdən əldə olunan məlumatlarda Kənan Aşurlunun gömrük
sistemindəki əvvəlki
əlaqələri, yüksək vəzifəli şəxslərlə münasibətləri və biznes fəaliyyəti barədə
iddialar səsləndirilir.
Əsas sualllar isə belədir: Kənan Aşurlunun bu qədər mühüm və böyük maliyyə
dövriyyəsinə malik
quruma rəhbər təyin edilməsində hansı amillər rol oynayıb?
Azərterminalkompleksdə gömrük
bəyannamələrinin hazırlanması və digər xidmətlərdən əldə olunan gəlirlərin idarə
olunması necə
həyata keçirilir? Bu vəsaitlərin hərəkətinə hansı qurum nəzarət edir? Müəssisənin
maliyyə fəaliyyəti
müstəqil auditdən keçirilibmi?
Bunlarla yanaşı, gömrük sistemində işə qəbul və vəzifə dəyişiklikləri müqabilində
100 min, 20 min
və 50 min manat məbləğində qeyri-rəsmi ödənişlər tələb edilməsi barədə də
ciddi iddialar yayılıb.
Şahin Bağırov isə öz qara-qura işlərini ört basdır etmək üçün, bunlara göz
yumur və heç bir tədbir
görmü. Bu məlumatların isə hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması
vacibdir..."
Əldə etdiyimiz bilgilərdən isə aydın olur ki, əslində Kənan Aşurlu bu gün Şahin
Bağırovun əsas
pulgətirənlərindən biri olduğundan xüsusi himayə altındadır: "Ona görə
də cənab
Aşurlu özünü toxunulmaz hiss edir və hətta iki il əvvəl barəsində maliyyə
araşdırmasına
başlanılsa da, sonradan bu proses müəmmalı şəkildə yarımçıq qaldı..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...(Dia-az)