Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

 

Yenixeber.org: “Google” korporasiyasının mütəxəssisləri süni intellekt və əlavə reallıq texnologiyası əsasında xərçəng xəstəliyini dəqiq diaqnostika edə bilən “ağıllı” mikroskop hazırlayıblar. Yeni qurğu süni intellekt və əlavə reallıq texnologiyasından başqa, bu texnologiyalarla işləməsi üçün bir qədər dəyişdirilmiş standart optik işıq mikroskopuna əsaslanır.

Modern.az xarici mediaya  xəbər verir ki, texnologiya qismən təchiz edilmiş istənilən tibbi laboratoriyada tətbiq edilə bilər. Platforma real vaxt rejimində təsvirlərin analizini aparmağa və tədqiq olunan hüceyrələrin tanınmasının nəticələrini təqdim etməyə imkan verir. Təsvirin yenilənməsinin tezliyi saniyədə 10 kadrdır ki, bu da diaqnostika üçün kifayət edir. Alqoritm maşın təlimi texnologiyalarına əsaslanır.

“Google” mütəxəssislərinin sözlərinə əsasən, yeni diaqnostika metodunu istənilən onkoloji patologiyaların aşkarlanması üçün tətbiq etmək olar. Lakin hazırda qurğu limfa düyünlərində süd vəzi xərçənginin metastazlarını müəyyən edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam