Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var” - DYP

 

Bir çox hallarda rayonlararası hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, yuxusuz halda yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.

 

Yenixeber.org: Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiyini bildirib:

 
“Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır”.

 

R.Quliyev qeyd edib ki, yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir:

 

“Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam