Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyalı polkovnik ermənilərin yaydığı xəbəri yalanladı-AÇIQLAMA

                        Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
 Yenixeber.org: Bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini, polkovnik Dmitri Perepelkin deyib. O bildirib ki, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətin monitorinqi aparılır. "Atəşkəs pozuntuları qeydə alınmayıb", - deyə Perepelkin vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə dezinformasiya yayıblar.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni KİV-lərində yer alan xəbərləri təkzib edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam