Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

90 gün meşədə qalan erməni əsgərlərin meyiti tapılıb-Erməni fəal "od püskürdü"

Tanınmış erməni ictimai fəal Aram Gevorqyan ölkəsində hərbçilərə dəyər verilməməsindən şikayətlənib.
 Yenixeber.org:, müharibədə ölmüş əsgərlərlə bağlı məlumat paylaşaraq bunları yazıb:

“Bu hekayəni oxuyun və çalışın havalanmayasınız. Paylaşdığım şəkildəki bu gənc 18 yaşlı Hayk Arutyunyandır. Cəbrayılda xidmətdə olub. Müharibə zamanı Hayk və yoldaşları mühasirəyə düşüblər, lakin təslim olmaq əvəzinə Hadrut meşələrinə sığınmağa qərar veriblər. Bir müddət sonra onlardan biri əlaqəyə çıxaraq sağ olduqlarını bildirib. Beləcə valideynlər oğullarını xilas etmək üçün müvafiq qurumların qapıları arxasında qalaraq kömək istəməyə başlayıblar. Nəhayət, onlar Paşinyanla görüşəndə uşaqlarının meşədə qaldığını, müharibənin bitdiyini, ərazilərin isə demək olar ki, təmizləndiyini deyiblər. Ona söyləyiblər ki, gedib uşaqları oradan çıxarmaq lazımdır. Paşinyan nə cavab verib? Köməkçisinə baxaraq soruşub: "Həqiqətən meşələrdə indi adamlar qalıb? Bu şaxtada onlar nə tapıb yeyirlər...".

Gevorqyan daha sonra qeyd edib ki, dekabrın sonunda Tuğ kəndi yaxınlığında Hayk və onun 5 yoldaşının meyiti aşkarlanıb.

“Meşələrdə 90 gün qalan Hayk və 5 dostu dövlətin hərəkətsizliyi nəticəsində öldü”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam