Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Kim Çen Inın xanımı -bir ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Kim Çen Inın xanımı bir ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın həyat yoldaşı bir il ərzində ilk dəfə ictimaiyyət qarşısında görünüb.

Yenixeber.org: Bununla bağlı foto Koreyanın Mərkəzi Teleqraf Agentliyinin saytında yayılıb.

Agentliyin məlumatına görə, Şimali Koreya liderinin xanımı Li Sol Çju Kim Çen Inla "Ulduz Günü"nün (Kim Çen İrin ad günü -red) şərəfinə konsertdə görünüb. Tədbir Pxenyanda "Mansude" bədii teatrında keçirilib.

Bundan əvvəl KXDR-in dövlət nəşrləri Li Sol Çjunun 25 yanvar 2020-ci ildə əri ilə yeni il tədbirini izləmək üçün Pxenyanda teatra getdiyi zaman xəbər vermişdi. Şimali Koreyanın liderinin həyat yoldaşının görünməməsi müxtəlif şayiələrin ortaya çıxmasına səbəb olmuşdu. Cənubi Koreya mətbuatı onun guya “itməsi” barədə xəbərlər yaymağa başlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam