Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Bu ölkədə erməni terrorunu əks etdirən sərgi təşkil olunub-FOTOLAR

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Arizona ştatının paytaxtı Finiks şəhərində sərgi təşkil edilib.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Arizona ştatının Kapitoli (Nümayəndələr Palatası) binası önündə – açıq səma altında gerçəkləşdirilən sərgidə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı, Azərbaycan və Türkiyə ərazilərində həyata keçirdikləri digər soyqırım və terror aktlarını, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin bombardman edilməsini əks etdirən fotomateriallar və kitablar nümayiş etdirilib.

TASFO-nun rəhbəri Fatih Öznür sərgi ilə maraqlanan şəxslərə erməni terrorizmi, ermənilərin törətdikləri dəhşətli cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam