Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Kremldəki mənbələr -Paşinyan istefa versə belə, Qarabağ bəyanatları qüvvədə qalacaq

Kremldəki mənbələr: Paşinyan istefa versə belə, Qarabağ bəyanatları qüvvədə qalacaq

"Əgər Nikol Paşinyan Ermənistanın baş naziri postundan gedərsə, Kreml bunu "rejimin meydanlarda dəyişdirilməsinə inananlara yaxşı dərs" hesab edəcək və hadisələrin bu cür inkişafında Rusiyaya problem yaradacağını inanmır".

Yenixeber.org: Bunu "Open Media"ya Kremlə yaxın 2 mənbə bildirib.

Mənbələrdən biri vurğulayıb ki, Ermənistandakı mövcud böhran inqilabların struktur problemlərin dərmanı olmadığını göstərir: "Belə bir hakimiyyət dəyişikliyi həyat keyfiyyətini yaxşılaşdırmır, əksinə daha da pisləşdirə bilər. Bundan başqa, Paşinyandan əvvəl Ermənistan Cənubi Qafqazda Rusiyanın etibarlı müttəfiqi idi və çoxşaxəli yanaşması ilə hazırkı rəhbərlik Lukaşenkonun davranışını xatırladır".

Mənbənin sözlərinə görə, N.Paşinyan postu tərk etməsə, İkinci Qarabağ müharibəsində Azərbaycanın qarşısında uğradığı məğlubiyyəti Rusiyanın yardımı olmaması ilə əsaslandırmağa davam edəcək.

Başqa bir Kreml rəsmisinin fikrincə, Yerevandakı hakimiyyət dəyişikliyi Qarabağla bağlı razılaşmalara zərər verməyəcək, çünki Ermənistan cəbhədəki vəziyyəti kökündən dəyişdirmək üçün resurslara sahib deyil. Bununla belə, rəsmi Moskva Ermənistanın daxili işləri məsələsində bitərəf qalacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam