Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Azərbaycan torpaqlarının işğalından sonra orada daşına bilən hər şey talan edilərək satılıb -“The Economist”

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra həmin ərazilərdə daşına bilən hər şey talan edilərək satılıb.

Yenixeber.org: Bu barədə Britaniyanın “The Economist” qəzetinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı 1996-cı ildə dərc etdiyi məqalədə deyilir. Həmin məqaləni “Heritage” fondunun “Allison” Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lük Koffi tvitterdə paylaşıb.

“Ağdam və işğal altında olan başqa Azərbaycan şəhərlərində borulardan və kirəmitlərdən tutmuş mis naqilə kimi daşına bilən hər şeyi sistematik şəkildə söküb aparmağa icazə verilmiş iranlılarla qızğın ticarət gedir”, - məqalədə deyilir.

Müəllif qeyd edir ki, Ermənistan ordusu Azərbaycan ərazilərini işğal edərkən bu ərazilərdə, xüsusilə də Laçından keçən əhəmiyyətli yol boyunca yerləşən kəndlərdə yaşayan azərbaycanlılar öz vətənlərindən qovularaq, ora ermənilər yerləşdirilib.

“Bu arada Qarabağdakı ermənilər əsasən Rusiya istehsalı olan silahlarla təpədən dırnağadək silahlanıblar. Bu silahlar qismən ABŞ və Fransadakı diasporaların pulu ilə alınıb. Onlar ola bilər ki, hətta Azərbaycanın paytaxtı Bakını və yaxındakı neft qurğularını vura biləcək “yer-yer” tipli raketə də sahibdirlər”, - məqalədə deyilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam