Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Türkiyə beynəlxalq ictimaiyyətə çağırış edib=Suriya mövzusunda

 

 İyulun 7-8-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya mövzusunda Türkiyə, Rusiya və İranın keçirdiyi 16-cı yüksək səviyyəli görüşlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi mövqe bildirib.

Yenixeber.org: Türkiyə XİN-dən bildirilib ki, yüksək səviyyəli görüş çərşivəsində tərəflər Suriyadakı humanitar vəziyyət, dəstək, Konstitusiya Komitəsi, siyasi proses, İdlibdəki son durum, xüsusilə Fəratın şərqindəki separatçı qüvvələr olmaqla terrorla mübarizə mövzularında ətraflı müzakirələr aparıb.

Görüşdə Suriyaya humanitar yardımın artırılmasının vacibliyi vurğulanıb, beynəlxalq ictimaiyyət və BMT-yə bu istiqamətdə çağırış edilib: "Tərəflər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya münaqişəsinin siyasi həllinə ehtiyac olduğunu vurğulayaraq, siyasi prosesin irəliləməsinə sadiq olduqlarını təsdiqləyiblər. Bu çərçivədə Konstitusiya Komitəsinin altıncı turunun keçirilməsinin və Komitənin işində prosessual qaydalara və əsas iş prinsiplərinə əməl olunmasının vacibliyi vurğulanıb".

İclasda Suriyanın ərazi bütövlüyü və siyasi birliyini hədəf alan separatçı gündəmlər rədd edildiyi və terrorizmə qarşı mübarizə bəhanəsi ilə həyata keçirilməyə cəhd edilən qanunsuz təşəbbüslərin qəbuledilməz olduğu vurğulanıb: "Mülki şəxslərə və son zamanlar mülki obyektlərə edilən hücumlar qınanılıb. Bu çərçivədə Türkiyə PKK/YPG-nin Afrindəki BMT-nin dəstəklədiyi xəstəxanada həyata keçirdiyi terror hücumunu nəzərə alaraq, hücumun baş verdiyi ərazilərin müvafiq razılaşmalara uyğun olaraq terrordan təmizlənəcəyinə ümid etdiyini xatırladıb, son zamanlarda artan atəşkəs pozuntularının ən qısa müddətdə sona çatmasının vacibliyini qeyd edib".

Türkiyə XİN toplantıda Astana Protokolu çərçivəsində yaradılan girov götürülən, qaçırılan şəxslərin azad edilməsi, cənazələrin dəyişdirilməsi və itkin şəxslərin sayının müəyyən olunması üzrə İşçi Qrupun da bir araya gəldiyini xatırladaraq, qrupun icra etdiyi beşinci layihəyə əsasən, iyulun 2-də girov götürülən bəzi şəxslərin zərərsiz şəkildə qarşılıqlı olaraq sərbəst buraxılmasına da mövqe bildirib və bundan məmnunluğunu ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam