Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli rayonunun Dədəli (1) və Pirəhmədli (2), Kəlbəcər rayonunun Zallar (3) və Yanşaq (4), Xocavənd rayonunun Tuğ (5) və Hadrut (6), Cəbrayıl rayonunun Xudafərin (7), Kəlbəcər rayonunun Zar (8) və Laçın rayonunun Şəlvə (9) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.

Yenixeber.org: Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), "REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited" şirkətinin yerli filialı (5-6-cı tenderlər), “Bureau Mühit” MMC (7-9-cu tenderlər)-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam